Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 07:06
Fransanın "Pari Sen-Jermen" futbol klubu Lissabonda keçirilən Çempionlar Liqasının yarımfinal oyununda Almaniyanın "Leypsiq" komandasını 3:0 hesabı ilə məğlub edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, qolları Markinyos (13-cü dəqiqə), Anxel Di Maria (42) və Xuan Bernat (56) vurublar. Fransa klubu Çempionlar Liqasında ardıcıl vurulan ən çox qol (34) üzrə İspaniyanın "Real Madrid"in rekordunu yeniləyib. "Real" bu müvəffəqiyyətə 2014-cü ildə nail olmuşdur.
PSJ avqustun 23-də "Lion" (Fransa) - "Bavariya" (Almaniya) matçının qalibi ilə oynayacağı turnirin finalına çıxdı. Tarixdə ilk dəfə olaraq parislilər Çempionlar Liqasının (Avropa kuboku) finalında iştirak edəcəklər.
18 avqust
23:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa) - 0:3
Qollar: Markinyos, 13, Di Mariya, 42, Xuan Bernat, 56
Baş hakim: Byörn Kuypers
19 avqust
23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya)
Baş hakim: Mateu Lahoz