Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkinci finalçı ''Bavariya'' oldu - Yenilənib

İkinci finalçı ''Bavariya'' oldu -  Yenilənib

Tarix: 20 Avqust 2020 00:58

Bu gün Çempionlar Liqasında ikinci finalçı da müəyyənləşib.

Qol.az xəbər verir ki, yarımfinalın növbəti oyununda Fransanın "Lion" klubu Almaniya çempionu "Bavariya" ilə qarşılaşıb.

Sürpriz şəkildə "Yuventus" və "Mançester Siti"ni mübarizədən kənarlaşdıran "Lion"un güclü "Bavariya"ya necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Oyun Münhen klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0

Beləliklə, "Bavariy" avqustun 23-də keçiriləcək final matçında PSJ ilə qarşılaşacaq.


19 avqust

Çempionlar Liqası

Yarımfinal

“Lion” (Fransa) – “Bavariya” (Almaniya) - 0:3
Qollar:
Qnabri, 18, 33, Levandovski, 88
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)
Lissabon. “Joze Alvalade” stadionu
 

 

 


Etiketlər:  İkinci finalçı Bavariya oldu Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ