Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 14:36
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 153 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 20 125 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 444 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 350 279 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 868 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 302 528 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.