Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 07:48
Bakı. Trend:
ABŞ-ın Demokrt partiyası ölkənin vitse-prezidenti vəzifəsinə senator Kamala Harrisin (Kaliforniya ştatından) namizədliyini təsdiqləyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərar Miluoki şəhərində (Viskonsin ştatı) keçirilən ümummilli toplantında qəbul edilib.
Toplantının sədri konqresmen Benni Tompson (Missisipi ştatından) bildirib ki, Kamala Harrisin namizədliyinə alternativ yoxdur: "Kamala Harrisin vitse-prezidentliyə demokratların namizədi seçildiyini elan edirəm".
B.Tompsondan sonra çıxış edən K.Harrir sözügedən vəzifəyə namizəd olmağa razı olduğunu bildirdi.