Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SpaceX şirkəti 1.9 milyard dollar investisiya əldə edib

SpaceX şirkəti 1.9 milyard dollar investisiya əldə edib

Tarix: 20 Avqust 2020 09:00

Elon Musk-ın SpaceX şirkəti yeni investisiya raundu çərçivəsində 1.9 milyard dollar investisiya cəlb edib. Bu barədə Reuters saytı xəbər verib. Şirkət ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyasına (SEC) bu barədə sorğu göndərib. Yeni investisiya raundunda iştirak etmiş investorların adları açıqlanmır. Məlumata əsasən bu, SpaceX tarixinin ən böyük investisiya raundudur. 14 avqust tarixində Bloomberg bildirmişdi ki, SpaceX 2 milyard dollarlıq investisiya raundunun bağlanmasına çox yaxındır və investorlar şirkətin bazar dəyərini 46 milyard dollar qiymətləndiriblər.

Məlumata əsasən şirkət guya iyul ayında 44 milyard dollarlıq bazar dəyərləndirməsi üzrə 1 milyard dollarlıq investisiya raundunu planlaşdırırdı, lakin invesorların yüksək maraqları səbəbilə şirkət investisiya raundunu böyütməli olub. Hələ bu ilin fevral ayında CNBC bildirmişdi ki, şirkət 250 milyon dollar investisiya cəlb etməyi planlaşdırır. May ayında isə SpaceX 346 milyon dollarlıq investisiya raundu üzrə sorğunu SEC-ə göndərmişdi.


Etiketlər:  SpaceX şirkəti milyard dollar investisiya əldə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ