Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 10:36
Millimizin futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" ABŞ-ın birinci liqasında (USL) növbəti oyuna çıxıb.
Qol.az xəbər verir ki, komanda 8-cu turda "Los-Anceles Qelaksi 2" ilə üz-üzə gəlib. Qarşılaşma "Finiks Rayzinq"in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rüfət Dadaşov matça ehtiyatda başlayıb və 67-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Finiks Rayzinq" 8 oyundan sonra 19 xalla B qrupunun lideridir.