Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sevilya'' 6-cı dəfə Avroliqanın qalibi oldu - Yenilənib

''Sevilya'' 6-cı dəfə Avroliqanın qalibi oldu - Yenilənib

Tarix: 22 Avqust 2020 00:56

Bu gün Avropa Liqasında 2019-2020 mövsümünə yekun vurulub.

Qol.az xəbər verir ki, koronavirus pandemiyasına görə mart ayından dayandırılan və bu ay bərpa olunan turnirin final oyununda Avroliqanın rekord sayda – beşqat qalibi “Sevilya” Milan “İnter”i ilə qarşılaşıb.  İspaniya klubu 3:2 hesabı ilə qalib gələrək tarixində 6-cı dəfə bu turnirin qalibi olub.


Bu mövsüm yarışa "Qarabağ"ın da yer aldığı A qrupunda başlayan "Sevilya" 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda "Roma" (İtaliya), 1/4 finalda "Vulverhempton" (İngiltərə) və yarımfinalda "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdırıb.

Mübarizəyə Çempionlar Liqasından qoşulan "İnter" isə "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Slaviya" (Praqa, Çexiya) ilə birlikdə mübarizə apardığı F qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına düşüb. Antonio Kontenin komandası 1/16 finalda "Ludoqorets" (Bolqarıstan), 1/8 finalda "Xetafe" (İspaniya), 1/4 finalda "Bayer" (Almaniya) və yarımfinalda Ukrayna "Şaxtyor"unu məğlub edib.


21 avqust

Avropa Liqası

Final

23:00. "Sevilya" (İspaniya) - "İnter" (İtaliya) - 3:2
Qollar:
Lukaku, 5-pen (0:1), De Yonq, 12 (1:1), De Yonq, 33 (2:1), Qodin, 36 (2:2), Dieqo Karlos, 74 (3:2)
Baş hakim: Denni Makkeli
Almaniya, Köln. "Reyn Energi" stadionu.

 

 


Etiketlər:  Sevilya dəfə Avroliqanın qalibi oldu Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ