Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ən asan dağılan şey yuvadır'' - FOTO

''Ən asan dağılan şey yuvadır'' - FOTO

Tarix: 21 Avqust 2020 10:45

Ən çətin sahib olunan şey gözəl və hüzurlu bir yuvadır. Ən asan dağılan şey də yuvadır. Onu fırtınadan, yağmurdan, çirkabdan, palçıqdan qorumaq üçün ona sahib çıxmağı bilmək lazımdır.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı bildirib. Ailə qurmasının 10 ili tamam olan sənətçi həyat yoldaşı ilə fotolarını yayımlayaraq, bunları əlavə edib:

"Ailəyə düşkünlüyümüz nə qədər çox olarsa, övladımız da bizə o qədər düşkün olar. Ailədən nə qədər çox sevgi alıb, paylaşarıqsa, uşaqlarımız da ətrafa o qədər sevgi yansıdar. Həyatda ən dəyərli şeyin nə pul, nə mal, nə mülkdür. Sahib olduğumuz tək dəyərli şeyin ailə olduğunu bilib, onu itirməmək üçün əlimizdən gələni əsirgəməriksə, gerçək ailəyə sahib ola bilirik.

Dünyanın ən çətin və gözəl hissinin, bu qədər möhtəşəm bir duyğusunun içində yaşayanlar, onu ömrünün sonuna qədər itirməmək üçün çabalayarlar. Allah hər kəsə sağlam, bütöv və gerçək ailə olmağı nəsib etsin, ailəsi olmayanlara da ailə olmaq qismət olsun. Çünki ailə həm də ibadətin yarısıdır, digər yarısı isə çalışmaqdır".

Qeyd edək ki, Elçin adlı rejissorla ailəli olan Xuramanın 4 övladı var.


Etiketlər:  asan dağılan şey yuvadır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ