Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin üzvü rəmzi komandada - Şəkil

Millimizin üzvü rəmzi komandada -  Şəkil

Tarix: 21 Avqust 2020 14:12

Ukraynanın “Dnepr” klubunun yetişdirdiyi futbolçulardan ibarət rəmzi komanda açıqlanıb.

Qol.az “sport.ua”ya istinadən xəbər verir ki, rəmzi 11-likdə Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayev də yer alıb.

Hazırda Ukraynanın “Aleksandriya” klubunda çıxış edən Paşayev 16 yaşında “Dnepr”in akademiyasına keçib. O, 2014-cü ildə “Dnepr”dən ayrılıb.

Qeyd edək ki, 32 yaşlı müdafiəçi 2015-ci ildən Azərbaycan millisinə dəvət alır. O, yığmada 21 oyun keçirib.

 


Etiketlər:  Millimizin üzvü rəmzi komandada Şəkil


RƏYLƏR