Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suaresdən gülməli penalti tələbi - Video

Suaresdən gülməli penalti tələbi - Video

Tarix: 25 Iyun 2019 14:04

Uruqvay millisinin hücumçusu Luis Suares Amerika kubokunun qrup mərhələsinin 3-cü turunun Çili ilə oyununda (1:0) gülməli vəziyyətə düşüb.

Qol.az xəbər verir ki, ilk hissədə epizodların birində cərimə meydançasında rəqib qapıçı Luis Ariası aldadan "Barselona"lı forvard topu çərçivəyə göndərmək istəsə də, çilili qolkiper əli ilə zərbənin qarşısını alıb. Bu vaxt hakimə müraciət edən Suares qapıçının əllə oynadığını bildirib və penalti tələb edib. Ancaq o, dərhal səhvini başa düşərək, əlini aşağı salıb.

Həmin görüntüləri təqdim edirik.


 


Etiketlər:  Suaresdən gülməli penalti tələbi Video


RƏYLƏR