Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 22:36
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Gebreyesus dünyada COVID-19 pandemiyasının iki ildən az bir müddətdə məğlub edilə biləcəyinə ümid etdiyini bildirib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu fikri ÜST-ün baş direktoru Cenevrədə keçirilən brifinqdə bildirib.
T.Gebreyesus 1918-ci ildə başlayan İspan qripi pandemiyasının iki il davam etdiyini xatırladıb. COVID-19 pandemiyasına gəldikdə isə o deyib: "Dünyada əlaqələrin sayının çox olması səbəbi ilə virusun yayılma şansı yüz il əvvəl olduğundan daha yüksəkdir. Ancaq eyni zamanda onu dayandırmaq üçün texnologiya və biliyə sahibik. Buna görə də iki ildən az müddətdə bu xəstəliyə son qoyacağımıza ümid edirik. Xüsusən də güclərimizi birləşdirib milli birlik və qlobal həmrəylik nümayiş etdirsək".
Koronavirusun yaratdığı xəstəliyin başlanğıcı 2019-cu ilin sonlarında Mərkəzi Çində qeydə alınaraq əksər ölkələrə yayılıb və ÜST tərəfindən martın 11-də pandemiya olaraq tanınıb.