Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 23:04
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 1-ci turunda Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
- Uzun fasilədən sonra yenidən görüşdük. Çox xoşdur. İlk oyunların çətin olduğunu bilirik. Əsas çətinlik də ondan ibarətdir ki, uzun müddətdir rəsmi oyun keçirmirdik. Futbolçularım meydanda çox əziyyət çəkdilər. Yaxşı komandaya qarşı oynadıq. “Səbail” gənc heyətə malik komandadır. Onlarda məşqçi işi görünürdü.
- İstədiyiniz “Neftçi”ni görə bildiniz?
- İlk oyunlar çətin olur. Oyundan-oyuna futbolçular optimal formaya yaxınlaşacaqlar. Bəzi epizodlarda istədiyimizi alırdıq, bəzilərində səhvlər olurdu. Amma getdikcə daha yaxşı olacaq.
- Hücumçu axtarışı nə yerdədir?
- Bir transfer alınmalıdır. Bütün detallar demək olar bitib. Düşünürəm ki, növbəti həftə yeni hücumçumuz bizimlə olacaq.
- Ot örtüyü yaxşı vəziyyətdə deyildi. Bununla bağlı rəhbərliklə görüşünüz olub?
- Bəli, bununla bağlı fikirlərimizi bildirdik. Tezliklə bu problem aradan qaldırılacaq. Bu arenadakı ot örtüyü hər zaman yüksək səviyyədə olur. Düşünürəm ki, gələn həftəyə hər şey yaxşı olacaq.