Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Honk-Konq limanında koronavirusa yoluxma halı aşkar edilib

Honk-Konq limanında koronavirusa yoluxma halı aşkar edilib

Tarix: 23 Avqust 2020 19:48

Honk-Konqun Kvai Tsin limanında 74 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Sonxeber.net seanews.az-a istinadən bildirir ki, virusa yoluxmuş şəxslərdən 55-i limanın əməkdaşıdır. Digər xəstələr isə limanın əməliyyat xidmətinin işçiləridir.

Liman rəhbərliyi 100 nəfərdən çox əməkdaşını karantinə göndərib.  Rəhbərlik hazırda limanın fəaliyyətinin dayandırılması barədə müzakirələr aparır.

Honk-Konqun şimal-qərbində yerləşən Kvai Tsin limanı ildə təqribən 20 milyon TEU yük qəbul edib yola salır.


Etiketlər:  Honk Konq limanında koronavirusa yoluxma halı aşkar edilib


RƏYLƏR