Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 20:56
ABŞ-ın JPMorgan Chase & Co maliyyə holdinqinin analitikləri bu qənaətə gəldilər ki, pandemiya zamanı pərakəndə investorların davranışı onların hansı yaş qruplarına mənsub olduqlarından asılıdır. Mövcud vəziyyətdə investorlar alternativ aktivlərlə maraqlanırlar lakin daha yaşlı investorlar qızıl, gəncləri isə bitcoin almağı daha üstün tuturlar.
ABŞ-ın ən böyük broker şirkətlərindən biri olan Charles Schwab apardığı tədqiqat nəticəsində məlum olub ki, 1980-2000 illərdə doğulmuş investorlar əvvəlki nəsillərə nisbətən daha çox bitcoin üzrə investisiyalara yönümlüdür. Charles Schwab müştərilərinin portfelindəki aktivlərin 1.84%-i bitcoin investisiyaları təşkil edir.