Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kuman Suaresə zəng edib qərarını dedi

Kuman Suaresə zəng edib qərarını dedi

Tarix: 24 Avqust 2020 16:10

“Barselona”nın futbolçusu Luis Suaresin komandadan göndəriləcəyi ilə bağlı növbəti xəbər yayılıb.

Qol.az İspaniyanın “Rac1” radiosuna istinadən xəbər verir ki, yeni baş məşqçi Ronald Kuman 33 yaşlı hücumçuya zəng vuraraq, onu növbəti mövsüm üçün komandada düşünmədiyini deyib.

Bundan əlavə, uruqvaylı oyunçu Kataloniya klubunun təlim-məşq toplanışı haqda heç bir bildiriş almayıb. Tezliklə “Barselona”nın vəkillərinin Suareslə görüşəcəyi və onun 2021-ci ildə başa çatacaq müqaviləsinə xitam verəcəkləri bildirilib.

Bundan əvvəl futbolçunun 2007/11-ci illərdə çıxış etdiyi “Ayaks”a qayıdacağı  barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki. L.Suares "Barselona"ya 2014-cü ildə "Liverpul"dan keçib..
 


Etiketlər:  Kuman Suaresə zəng edib qərarını dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ