Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnternetin sürəti üzrə yeni rekord

İnternetin sürəti üzrə yeni rekord

Tarix: 25 Avqust 2020 07:24

Londonda fiber-optik kabel üzrə məlumatların ötürülməsi sürəti üzrə yeni rekorda imza atılıb: saniyədə 178 terabit (Tbit/s) və ya 178000 Qbit/san. Bu sürət saniyədə 4K təsvir ölçüsündə 200 film yükləmək üçün kifayətdir. "Netflix" xidmətinin bütün media kitabxanası 20 saniyə, "YouTube" hostinqində ümumi həcmi 400 min terabayt olan bütün çarxları isə 37 dəqiqə ərzində yüklənilə bilər.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 178 Tbit/s - bu, istifadəçilər üçün ən sürətli internet qoşulmasından 17800 dəfə daha sürətlidir. Bu gün Yaponiya, ABŞ və Yeni Zelandiyanın bəzi regionlarında sürəti 10 Qbit/s-dək olan istehlak şəbəkələrinə qoşulmaq olar.
 
Yeni sürət həddi London Universitet kollecinin avadanlığında əldə edilib. Sınaqda, həmçinin Britaniyanın "Xtera" və Yaponiyanın "KDDI Research" şirkətlərinin mühəndisləri iştirak ediblər.


Etiketlər:  İnternetin sürəti üzrə yeni rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ