Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 08:08
Dünyanın ən böyük şirkəti olan Apple loqosunun və müəlliflik hüquqlarının qorunması məsələlərində olduqca həssasdır. Ancaq bu həssaslıq bəzən sözün əsl mənasında həddini aşır.
Prepear şirkəti loqosunda armud meyvəsindən istifadə edir. Apple isə bunun Apple şirkətinin loqosuna bənzədiyini iddia edir. Prepearın açıqlamasına görə Apple etiraz etməklə qalmır eyni zamanda loqolarının marka olaraq qeydiyyatdan keçməsini də əngəlləmək üçün məhkəməyə müraciət edib.
Prepear şirkəti Appleın məhkəmə işindən geri çəkilməsi üçün imza kampaniyasına başlayıb. 220 mindən çox insan bu kampaniyanın lehinə səs verib. Insanların fikrinə görə hər 2 şirkətin loqosunda meyvə olması xaricində oxşarlıq yoxdur.