Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 00:44
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün qardaş ölkədə növbəti yoxlama oyununu keçirəcək.
Qol.az-ın məlumatına görə, paytaxt təmsilçisi ikinci sınağında Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşacaq. "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasında olacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.