Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu yay Samsung smartfonu və hədiyyələr "Azercell"dən!

Bu yay Samsung smartfonu və hədiyyələr

Tarix: 26 Iyun 2019 04:39

Bakı. Trend:

Fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan ölkənin telekommunikasiya sahəsinin lideri Azercell abunəçilərini ən sərfəli kampaniyaları ilə sevindirməyə davam edir. Bu dəfə müştərilərini dinamik telekom bazarının ən son trendlərinə uyğun smartfonlar ilə təmin etməyi hədəfləyən şirkət, iyun ayının 21-dən iyul ayının 31-dək xüsusi kampaniya təqdim edir.

Belə ki, Fakturasız Xətt abunəçiləri Azercell-dən Samsung smartfonu alıb, ödənilən məbləğin 150 manatadək dəyərini keşbək almaq fürsətini əldə edirlər. Fakturalı xətt abunəçilərinə isə yeni smartfonlarında internet istifadəsini daha da əlçatan etmək məqsədilə, Azercell 6 ay ərzində aylıq 10GB həcmində mobil internet paketini nömrənin balansına hədiyyə edir.

Bizim ilə rəqəmsal dünyanın ən son yenilikləri yeni smartfonunuzda daha əlçatan olacaq! Tətilinizin ən maraqlı anlarını Azercell-dən yeni Samsung smartfonunuz ilə unudulmaz edin!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/150azngift/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.


Etiketlər:  Bu yay Samsung smartfonu hədiyyələr Azercelldən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ