Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 21:32
2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,73 faiz azalaraq 55,851 milyon dollar təşkil edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
İyul ayında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin iyulu ilə müqayisədə 30,43 faiz azalıb və 9,796 milyon dollar təşkil edib.
Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 16,4 faiz azalıb və 7,021 milyard dollara bərabər olub.
2020-ci ilin yanvar-iyul aylarında polad ixracı Türkiyənin ümumi ixracının 7,8 faizini təşkil edib.
Qeyd edək ki, son 12 ay ərzində (iyul 2019 - iyul 2020) Türkiyənin polad ixracı 12,444 milyard dollara bərabər olub.