Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 01:30
"Barselona"nın kapitanı Lionel Messi yeni baş məşqçi Roman Kumanla söhbətdən sonra klubdan ayrılmaq qərarına gəlib.
Qol.az xəbər verir ki, bu barədə İspaniyanın "Ole" nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu niderlandlı mütəxəssislə danışdıqdan sonra gələcəyi ilə barədə qəti qərar verib.
Söhbət zamanı Kuman Messiyə deyib: "Komandadakı imtiyazlar bitdi, "Barselona" üçün hər şeyi etməlisən. Mən qətiyyətli olacağam, komanda haqqında düşünməlisən".
33 yaşlı hücumçu yeni baş məşqçisi bu sözlərinə əsəbiləşib və məyus olub. Bundan sonra o, klubdan ayrılmağa qərar verib.
Messinin kluba bununla bağlı faks göndərdiyi və hər mövsümün sonunda müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququndan istifadə etmək istədiyini vurğulayıb.
Qeyd edək ki, baş verənlərə görə təcili iclas çağıran "Barselona"nın oyunçunu klubda saxlamağa çalışdığı vurğulanır.