Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi Kumanın bu sözlərindən sonra ayrılmağa qərar verib

Messi Kumanın bu sözlərindən sonra ayrılmağa qərar verib

Tarix: 26 Avqust 2020 09:44

"Barselona"nın kapitanı Lionel Messi yeni baş məşqçi Ronald Kumanla söhbətdən sonra klubdan ayrılmaq qərarına gəlib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Argentinanın "Ole" və İspaniyanın "AS" nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu niderlandlı mütəxəssislə danışdıqdan sonra gələcəyi ilə barədə qəti qərar verib.

Söhbət zamanı Kuman Messiyə deyib: "Komandadakı imtiyazlar bitdi, "Barselona" üçün hər şeyi etməlisən. Mən qətiyyətli olacağam, komanda haqqında düşünməlisən".

33 yaşlı hücumçu yeni baş məşqçinin bu sözlərinə əsəbiləşib. Bundan sonra o, klubdan ayrılmağa qərar verib.

Messinin kluba bununla bağlı faks göndərdiyi və hər mövsümün sonunda müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququndan istifadə etmək istədiyini vurğulayıb.

Qeyd edək ki, baş verənlərə görə təcili iclas çağıran "Barselona"nın oyunçunu klubda saxlamağa çalışdığı bildirilir.


Etiketlər:  Messi Kumanın sözlərindən sonra ayrılmağa qərar verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ