Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heç kimin yaxın buraxmaq istəmədiyi zibil qutuları - VİDEO - FOTO

Heç kimin yaxın buraxmaq istəmədiyi zibil qutuları - VİDEO - FOTO

Tarix: 26 Avqust 2020 20:00

Xətai rayonu, Əhmədli metro stansiyası ərazisindəki obyekt sahibləri zibil qutularının qoxusundan şikayətçidir.

Sonxeber.net bildirir ki, ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Şikayətçilər ərazidə faliyyət göstərən bərbərxananın, geyim və meyvə tərəvəz mağazalarının əməkdaşlarıdır. Deyirlər ki, əvvəl bu zibil qabları 50-60 metr uzaqda, yaşayış binalarının arasında olub.

Şikayətçi: "Qoxu bürüyür buraları, küləkli havalarda lap pis olur".

Şikayətçi: "Biz istəyirik ki, bir az qabağa keçirilsin".

Məsələ ondadır ki, bu zibil qablarına əvvəl yerləşdikləri ərazinin də sakinləri sahib çıxmır. "Buradan çətinliklə götürtdüyümüz qabların geri qaytarılmasına imkan vermərik" deyirlər.

Sakin: "Burada mümkün deyil, xəstəlikdir, camaatın balaları xəstələnir".

Sakin: "Buradan çıxıb yenə bura qayıdacaq?"

İki tərəf arasında qalan Mənzil İstismar Sahəsinin də, əslində, özünə görə səbəbləri var.

Elxan Xakiyev - Xətai rayonu, 90 saylı MİS-in rəisi: "Burada saxlanılan maşınların əlindən zibil maşınları binanın həyətinə girə bilmir. Axşam gəlirdi və bəzən saatlarla dayanıb çıxıb gedirdi. İndi isə rahatlıqdır. Nəzarət olunur. Başqa yerə götürüb aparılmağa yer yoxdur".

Aidiyyəti qurumun rəhbəri zibil qablarının nəinki yol kənarından götürüləcəyini, hətta 10 qutuya daha ikisinin əlavə olunacağını deyir. Çünki bu qablar təkcə bu obyektlərin yox, həm də bir neçə çoxdürmərtəbəli yaşayış binasının tullantılarını özündə toplayır. Ərazidə çalışan və bu obyektlərin müştərisi olan şəxslərin də, necə deyərlər, qoxusu ilə ağlını başından alan elə məişətdən atılan tullantılardı.


Etiketlər:  Heç kimin yaxın buraxmaq istəmədiyi zibil qutuları VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ