Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 22:48
"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) Moldova "Şerif"i ilə oyun keçirib.
Trend-in məlumatına görə, Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda rəqibinə 2:1 hesabı ilə qalib gəlib və III təsnifat mərhələsinə keçib.
Hesab 22-ci dəqiqədə Uroş Matiç tərəfindən penalti zərbəsi ilə açılıb. İkinci yarının 63-cü dəqiqəsində Mahir Emreli 2-ci topu Tiraspol təmsilçisinin qapısından keçirib. 78-ci dəqiqədə meydana sonradan daxil olan kolumbiyalı hücumçu Frank Kastanyedo qollardan birinin əvəzini çıxıb.
Beləliklə, "Qarabağ" ÇL-in III təsnifat mərhələsinə yüksəlib. "Şerif" mübarizəni Avropa Liqasında davam etdirəcək.
Xatırladaq ki, "Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə qalib gəlib. Azərbaycan komandasının ÇL-in III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də atılacaq püşk nəticəsində müəyyənləşəcək.