Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 14:42
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla görüşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən bildirir ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə, Qənirə Paşayeva Ramil Səfərovu doğum günü münasibətilə də təbrik edib, ona şəxsi və iş həyatında uğurlar arzulayıb. Zabitimizin gələn ilki doğum gününü doğma Cəbrayılda keçirməsini arzu edən, Q.Paşayeva, əslində, bunun yalnız bir arzu olmadığını, dərin inamın ifadəsi olduğunu deyib. - "Bu inamı bizə cənab Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə və sizin kimi vətənpərvər zabitlərimizə bəslədiyimiz inam verir. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağımızda torpaqlarımızı işğaldan azad edib, o torpaqlarda ləyaqətli həyatı bərpa edəcəyik".
Komitə sədri Qənirə Paşayeva Ramil Səfərova vətənimizin müdafiəsi istiqamətindəki fəaliyyətində daha da böyük uğurlar diləyib.