Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 20:16
Bloomberg xəbər verir ki, 2020-ci ilin avqustunda Apple şirkətinin direktoru Tim Cook şirkətdən ənənəvi illik mükafatını alacaq - 278,6 milyon dollar dəyərində 560 min səhm. Bu mükafat direktorun 2011-ci ildən aldığı ən böyüyüdür.
Top menecer bu mükafatın bir hissəsini şirkətin idarə edilməsinə görə, digər hissəsini isə şirkətin son müsbət maliyyə göstəricilərinə görə alacaq. Ödənişin ikinci hissəsi isə son üç ildə digər S&P 500 firmasına nisbətən Apple səhmlərinin dəyərinin çoxluğu ilə bağlıdır.
21 avqust tarixinə Apple'ın bu dövr üçün gəlirliliyi, o cümlədən yenidən investisiya dividendləri təxminən 225% oldu - bu, siyahıdakı şirkətlərin böyük əksəriyyətinin gəlirindən yüksəkdir, Bloomberg qeyd edir.
Qeyd edək ki, 10 Avqust tarixində Tim Cook, Apple'ın artan kapitallaşması dövründə ilk dəfə milyarder oldu. Şirkətin dəyəri isə 19 Avqustda 2 trilyon dolları keçdi, Apple iki ildə bazar dəyərini iki qat artırdı. 2011-ci ildə şirkətin dəyəri 350 milyard dollar idi.