Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 13:51
Bakı. Trend:
Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.
Araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin