Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 20:52
Bu gün Azərbaycan televiziya məkanında ən çox baxılan verilişlərin hamısı şou-biznes xarakterlidir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sözügedən qurum tərəfindən yerli əhali arasında aparılan sorğulara görə, əhali TV-də hərb və Qarabağ (45%), xəbərlər (40%), maarifləndirici və təhsil (36.6%) barədə daha çox material görmək istəyir
Qeyd edək ki, sorğuda iştirak edənlərin 18-35 yaş arası əhali 28%, işləyənlər 51%, işsizlər 11%-i təşkil edib. Sorğu ölkəboyu 167 məntəqədə aparılıb.