Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 23:33
Bakı. Trend:
ABŞ-ın Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında sualları cavablandırıb.
Verilişə “Skayp” vasitəsi ilə qoşulan M.Brayza aparıcı Elnar Məmmədlinin və qonaqlar, Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədovun, “Sabah” Mərkəzinin müəllimi, politoloq Şəbnəm Həsənovanın suallarına cavab verib. Sabiq səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, iyulda Ermənistanın sərhəddə törətdiyi təxribat, Minsk Qrupunun fəaliyyəti, Ermənistanın danışıqlarda qeyri-konstruktiv yanaşmaları, ABŞ-ın münaqişə ilə bağlı mövqeyi kimi məsələlər ərtafında geniş fikirlərini səsləndirib. M.Brayza bildirib ki, Ermənistan hakimiyyəti əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi ilə təxribatlarını davam etdirir. Qeyd edib ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ölkədə yaşanan böhranı pik həddə çatdırıb: “Bu gün Ermənistanda hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Baş nazir Nikol Paşinyanın isə yeganə məqsədi hansı vasitə ilə olur-olsun hakimiyyətini qorumaqdır”. M.Brayza onu da bildirib ki, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi Ermənistanı qıcıqlandırır. Sabiq həmsədr ATƏT-in Minsk Qrupunun fəaliyyətini də tənqid edib.
“Hədəf” proqramını bütöv şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=BY2SI8HxV2o
https://www.youtube.com/watch?v=RoENNY4iM_Q
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi – Trend.az