Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Keşlə" Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazana bilmədi

Tarix: 28 Avqust 2020 00:08

Bakı. Trend:

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunları keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın "Keşlə" klubu Albaniya "Laçi" klubunu qəbul edib. Oyunun əsas və əlavə vaxtı qolsuz başa çatıb.

Penalti seriyasında daha dəqiq "Laçi" komandası olub - 4:5. "Keşlə"dən penaltini yalnız İlkin Qırtımov dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, "Keşlə" UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə qazana bilməyib.


Etiketlər:  Keşlə Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazana bilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ