Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Keşlə" Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazana bilmədi

Tarix: 28 Avqust 2020 08:16

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın "Keşlə" klubu Albaniya "Laçi" klubunu qəbul edib. Oyunun əsas və əlavə vaxtı qolsuz başa çatıb.

Penalti seriyasında daha dəqiq "Laçi" komandası olub - 4:5. "Keşlə"dən penaltini yalnız İlkin Qırtımov dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, "Keşlə" UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə qazana bilməyib.

Milli.Az


Etiketlər:  Keşlə Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazana bilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ