Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib (FOTO)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib (FOTO)

Tarix: 28 Avqust 2020 14:08

Bakı. Trend:

AFFA-nın və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzən rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Trend-in məlumatına görə, bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bu layihə çərçivəsində rayonun Zarat kəndində və rayon mərkəzində 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və futbol topları verilmişdir.

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Sadiq Qurbanov, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov iştirak edib. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib (FOTO) - Gallery Image “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib (FOTO) - Gallery Image “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib (FOTO) - Gallery Image “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib (FOTO) - Gallery Image “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib (FOTO) - Gallery Image “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib (FOTO) - Gallery Image “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib (FOTO) - Gallery Image “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Kəndlərdə idmanı inkişaf etdirək layihəsi üzrə növbəti tədbir Siyəzəndə keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ