Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bahalı da geyinən var, ucuz da... - FOTO

Bahalı da geyinən var, ucuz da... - FOTO

Tarix: 28 Avqust 2020 15:00

Pandemiya dövründə toy və konsertlərdən uzaq düşən Azərbaycanın tanınmış simaları sosial şəbəkələrdə daha çox geyim tərzləri ilə diqqət mərkəzində olmağı bacarıblar.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onlar arasında həm orta, həm də yüksək brendlərə müraciət edənlər var. Belə ki, instaqramda populyar olan "Kim haradan geyinir?" səhifəsində bir çox xarici ulduzlar kimi yerli şou-biznez üzvlərinin "look"ları da müzakirəyə çıxarılıb.

Siyahıda bahalı geyimləri ilə seçilən Xalq artisti Röya Ayxan olub. Sənətçi instaqram hekayəsində paylaşdığı pencək ("blazer") və cinsdən ibarət dəstə xeyli pul xərcləyib. Geyim ingilis dizayner Nataşa Zinko tərəfindən hazırlanıb. Onun "blazer"i 2430, şalvarı 787 manatdır. Sənətçinin paylaşdığı digər şəkildə isə çantası diqqət çəkib. Aksessuar "Yuzefı" markasına məxsusdur, qiyməti 1060 AZN-dir.

"Yasak Elma" serialında rol alan və Türkiyədə fəaliyyətini davam etdirən aktrisa Nəsrin Cavadzadə Züleyxa Kuru imzalı paltarından çox ayaqqabısı ilə diqqət çəkib. Onun "Giuseppe Zanotti" brendinə məxsus ayaqqabısı 3213 manat təşkil edir.

AzTV-də fəaliyyətə başlayan aparıcı Mehin Hümbətovanın "look"u da müzakirə edilib.

Don- 2548 AZN

Çanta- 1275 AZN

Ayaqqabı-1632 AZN

Müğənni Günay İbrahimli 

Don- 1088 AZN

Çanta- 685 AZN

Ayaqqabı- 1326 AZN

Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə son fotosessiyasında orta brend məhsuluna müraciət edib. O, koftasını endirimlə 39 AZN-ə əldə edib.

Həyat yoldaşı Zakir Bayramovla Türkiyədə istirahət edən müğənni Sevda Yahyayeva tətil günlərində orta brend məhsullarına üstünlük verib. Onun mavi rəngli "Zara" brendinə məxsus donu 119, qısa şortu isə 79 manatadır.


Etiketlər:  Bahalı geyinən ucuz FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ