Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 28 Avqust 2020 15:58
İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi ispan qapıçı Pepe Reynanı heyətinə qatıb. 37 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Reyna son olaraq "Milan"da çıxış edib. "Barselona"nın yetirməsi olan Pepe daha öncə "Vilyareal", "Liverpul", "Napoli", "Bavariya", "Aston Villa" kimi klublarda da oynayıb.
Milli.Az