Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarədən qorxduğu üçün səfərə gedəndə içki içir - Onların fobiyası

Təyyarədən qorxduğu üçün səfərə gedəndə içki içir - Onların fobiyası

Tarix: 28 Avqust 2020 18:50

"MTV Azərbaycan" müğənnilər arasında sorğu apararaq onların fobiyasını soruşub.

Milli.Az axşam.az-a istinadən sənət adamlarının fobiyalarını təqdim edir:

Rəqqasə Fatimə Fətəliyeva bildirib ki, onda fobiya yaranmasına səbəb valideynləri olub:

"Sözə baxmırdım deyə evdə məni bağlayırdılar. O vaxtdan təklikdən qorxuram. Avtomobildə tək olmaqdan belə qorxuram. Uşaq vaxtından bu fobiyam yaranıb".

Müğənni Zamiq Hüseynovun isə təyyarə fobiyası var. O bildirib ki, harasa uçanda içki belə içir.

Müğənni Xəyyam Nisanov isə siçanlardan qorxduğunu söyləyib:

"Bu məndə uşaqlaıqdan yaranıb. Bir dəfə liftlə evə qalxırdım, arxamca içəri siçan girdi. O məndən, mən ondan qorxurdum. İndiyənə kimi həmin hadisə beynimdə qalıb".

Milli.Az


Etiketlər:  Təyyarədən qorxduğu üçün səfərə gedəndə içki içir Onların fobiyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ