Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 01:27
Bakı. Trend:
Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, 1 otağında tavan 20 m² sahədə və əşyalar 3 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.