Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən sürətli oyun monitoru təqdim edilib

Ən sürətli oyun monitoru təqdim edilib

Tarix: 29 Avqust 2020 07:44

"ASUS" şirkəti "ROG Swift PG259QN" oyun monitorunu təqdim edib. Onun yeniləmə tezliyi 360 QHs təşkil edir və dünyada kiberidman üçün ən sürətli panel hesab olunur.  
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Fast IPS" matrisası ilə təchiz edilən yeni qurğunun reaksiya vaxtı 1 millisaniyə, təsvir ölçüsü 1920 × 1080 piksel (Full HD formatı), parlaqlığı 400 kandel/kvadratmetr, kontrastlığı 1000:1, horizontal və vertikal baxış bucaqları 178 dərəcə təşkil edir.
 
Həmçinin "HDR10" texnologiyası dəstəklənir. "NVIDIA G-Sync" texnologiyası oyun prosesinin rəvanlığının yaxşılaşdırılmasına cavabdehlik daşıyır, "ULMB" (Ultra-Low Motion Blur) sistemi isə görüntünün hərəkətdə bulanıqlığının azaldılmasına xidmət edir.
 
"ASUS GamePlus" kompleksinə kiberidmançılar üçün beş rahat alət daxildir: saniyəölçən, nişangah, taymer, kadr sayğacı və görüntünün çoxekranlı konfiqurasiyalarda bərabərləşdirmə vasitələri.
 
Arxa tərəfdə "ASUS Aura Sync" sinxronlaşdırılan çoxrəngli işıqlanması nəzərdə tutulub.
 
Altlıq tam tənzimləmə imkanları təqdim edir: ekranın əyilmə və dönmə bucaqlarını dəyişmək, hündürlüyü tənzimləmək, eləcə də paneli albom istiqamətindən portret rejiminə keçirmək mümkündür.
 
Bundan başqa, "HDMI 2.0" və "DisplayPort 1.4" interfeysləri, 3,5 millimetrlik audioçıxış, iki "USB 3.0" portu mövcuddur. "Flicker-free" və "Low Blue Light" sistemləri gözün yükünü və ümumi yorğunluğu azaltmağa kömək edir.

Milli.Az


Etiketlər:  sürətli oyun monitoru təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ