Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 20:40
Azərbaycan sərbəst güləşçisi Mahir Əmiraslanov "Minsk 2019" II Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.
Qol.az-ın məlumatına görə, 57 kq çəkidə yer alan Əmiraslanov finalda Serbiya idmançısı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” ikinci Avropa Oyunlarının çempionu olub.
İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.
Xatırladaq ki, M.Əmiraslanov (57 kq) 1/8 finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. 1/4 finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz yarımfinalda Rusiya idmançısı Zavur Uquyev ilə qarşılaşıb. Yarımfinal görüşündə M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2.
Qeyd edək ki, 22 yaşlı Mahir Əmiraslanov bu ilin aprelində Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala sahib olub.