Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ombudsman Bərdədə qaçırılan qızla danışdı

Ombudsman Bərdədə qaçırılan qızla danışdı

Tarix: 29 Avqust 2020 16:38

Bərdə rayonunda 17 yaşlı qızın qaçırılması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi daha bir məlumat yayıb. 

Milli.Az-a daxil olan məlumatda deyilir: 

"Son günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən nəzarətə götürülüb. Bu məqsədlə, dünən Müvəkkil şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da  danışıb. 

Eyni zamanda, Ombudsman tərəfindən valideynin müraciətində əks olunan halların  tam araşdırılması üçün müvafiq qurumlara müraciət edilib.

Nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

Milli.Az


Etiketlər:  Ombudsman Bərdədə qaçırılan qızla danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ