Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Belim qırıldı, ata, hər səhər durub ağlayıram''

''Belim qırıldı, ata, hər səhər durub ağlayıram''

Tarix: 31 Avqust 2020 10:00

Düz bir aydır yanımızda yoxsan. Quş kimi uçdun göyə. Sənsiz hər səhər durub ağlayırıq.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) atası haqda paylaşımında qeyd edib. Koronavirus infeksiyasına yoluxan və bir ay əvvəl dünyasını dəyişən Renka bunları əlavə edib:

"Bir aydır sənin yoxluğuna inanmırıq. Sən bizə həm ata, həm dost, həm də qardaş oldun. Belim qırıldı, ata. Sənsiz qaldım... Ürəyimiz sənsiz yanır axı... Bilmirəm necə ayağa durum. Yuxudayam, heç kim sənin getməyinə inanmır. Allah sənə rəhmət eləsin, mənim nur üzlü atam.

Hamı deyir səbr elə, edə bilmirəm. Başıma hava gəlir, öz-özümə danışıram dəli kimi. Səndən doymadım, ata. 2020-ci il 29 iyul -  kaş o gün oynmazdım, o xəbəri eşitməzdim Kaş pis ata olardın, belə yanmazdım".


Etiketlər:  Belim qırıldı hər səhər durub ağlayıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ