Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 11:16
"Mançester Yunayted"in sabiq müdafiəçisi Partis Evra "Brentham"ın heyətində İngiltərə 11-ci divizion matçında meydana çıxıb.
Qol.az xəbər verir ki, 39 yaşlı oyunçu "Old Trafford"da bir xeyriyyə oyununa hazırlıq məqsədi ilə "Nort Qrinvud Yunayted"ə qarşı həvəskar liqanın görüşündə iştirak edib. O, 11 nömrəli forma ilə çıxış edib. Evranın qarşılaşmada oynamasına baxmayaraq, "Brentham" 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Evra 2019-cu ildə peşəkar futbolçu karyerasını başa vurub.