Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi”nin “Qalatasaray”a qol vuran futbolçusu danışdı

“Neftçi”nin “Qalatasaray”a qol vuran futbolçusu danışdı

Tarix: 31 Avqust 2020 17:32

“Neftçi”nin sabiq futbolçusu Samir Ələkbərov komandanın UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibini dəyərləndirib.

1990-cı il yanvarında paytaxt klubunun heyətində İstanbulda yoldaşlıq görüşü zamanı (2:2) “Qalatasaray”a qarşı çıxış edən və fərqlənməyi də bacaran S.Ələkbəriv Qol.az-a açıqlamasında İstanbul təmsilçisinin “Neftçi” üçün uyğun rəqib olmadığını deyib:

“Siz bu püşkə necə yanaşırsınıza, mən də elə dəyərləndirirəm. Potensial rəqiblər arasında ən münasib komandanın “Qalatasaray” olduğunu deyən insanları başa düşə bilmirəm. Yəqin ki, onların futboldan anlayışı yoxdur. Çünki “Qalatasaray” elə həmin “Qalatasaray”dır.  Düzü, “Neftçi”nin növbəti mərhələyə adlayacağı inandırıcı görünmür”.

S.Ələkbərobv “Neftçi”nin “Qalatasaray”la 2:2 hesablı heç-heçə etdiyi matçı isə belə xatırlayıb:

“Əslində 1990-cı ildə “Qalatasaray”la oyun xüsusi bir matç deyildi. Yoldaşlıq görüşü idi. Amma biz oyundan sonra da Türkiyədə idik. 20 Yanvar faciəsi isə matçdan sonra baş vermişdi. Bu haqda orada ancaq mətbuat vasitəsi ilə məlumat ala bilirdik. Hamı çətin vəziyyətdə qalmışdı.  Lakin o vaxt türk qardaşlarımız bizə çox kömək oldular. Dəstək nümayiş etdirirdilər. Nəticədə çox çətinliklə də olsa, Azərbaycana qayıda bilmişdik”.

S.Ələkbərov avrokuboklardakı digər təmsilçimiz “Qarabağ”ın Çempionlar Liqasındakı şansları barədə də danışıb:

“Qarabağ” yeni transferlər edir. Heyətini gücləndirir. Bu komanda Skandinaviya klublarına qarşı pis çıxış etmir. 2009-cu ildə “Rosenburq”a da qalib gəlmişdilər. Bu mövsümdə də tək ümidimiz “Qarabağ”adır”.

 


Etiketlər:  Neftçinin Qalatasaraya vuran futbolçusu danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ