Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 13:28
Bakı. Trend:
Yunanıstanda, Krit adasının İraklion şəhərində koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar iki həftə müddətində məhdudiyyət tədbirləri tətbiq olunacaq.
Trend-in məlumatına görə, yeni qərara əsasən, turistik adada kütləvi tədbirlər, yarmarkalar, əyləncə tədbirləri dayandırılıb.
Sakinlərin 9 nəfərdən çox qrup halında toplanması, restoran və kafelərdə masa arxasında dörd nəfərdən çox müştərinin oturması qadağan edilir. Həm qapalı məkanlarda, həm də açıq havada maska taxmaq zərurəti tətbiq edilib.
Qeyd edək ki, Krit adasında iyun ayında sutkada 2-3 yoluxma qeydə alınırdısa, avqustun əvvəlində bu göstərici 4-5 nəfərə, son günlərdə isə 10-20 nəfərə bərabər olub. Yoluxmaların əksəriyyəti İraklion şəhərində olub.