Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 20:24
Dünyanın ən böyük şirkətlərindən olan Google bu gün hər kəsin çalışmaq istədiyi iş yerlərindən biridir. Ancaq bəzi insanlar hətta google kimi yerdə də işləməkdən imtina edirlər. Öz işini qurmaq istəyi elə Morinin də bu addımı atmağına səbəb olub...
Brit Morin iş həyatında öz istədiklərini edə bilmək üçün 25 yaşında Googledakı işindən ayrılıb. Hazırda 30 yaşında olan Morin uğurlu bir e-ticarət və sosial xəbər platformasını idarə edir.
Morinin qurucusu və CEO-su olduğu Brit + Co xüsusilə qadınlara xitab edən və qadınların içlərindəki yaradıcılıqları ortaya çıxarmaları üçün tövsiyələr verən bir media şirkətidir. Şirkətin hazırda 10 milyonlarla izləyicisi var və Target, Starbucks kimi nəhəng şirkətlərlə əməkdaşlıq edir.
Şirkət eyni zamanda internet vasitəsilə qadınlara üçün məhsullar da satır.
Googledan ayrılmaq mərhələsini "həqiqətən çətin oldu" şəklində izah edən və doğru bir addım atmağından əmin olduğunu söyləyən Morin "Gənc vaxtı risk almağın ən yaxşı vaxt olduğunu düşündüm" deyir.
Morin eyni zamanda öz işində müvəffəqiyyətli olmaq istəyənlərə dörd başlıca tövsiyəsini də etdi:
Googleda həm məhsul idarəçisi həm də marketinq müdiri olan Morin media sənayesinin gənclərin çox marağını çəkdiyini gördüyünü və bu işdə yaxşı olacağına qərar verdiyini söyləyir.
Morin təşəbbüskar olmağın asan olmadığına və bu yolda maneələrin olduğuna diqqət çəkir və hər zaman çətin səfərlərə hazır olmaq lazım olduğunu söyləyir.
Morinə görə bir işdə uğur qazanmağın ən vacib amili doğru insanlarla çalışmaqdır.
Morin bir təşəbbüskarın uğur qazanması üçün ciddi və çox çalışması lazım olduğunu söyləyir.