Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 23:24
Bakı. Trend:
Qazaxıstanda yeni növ koronavirusdan 24-30 avqust tarixlərində 65 nəfər vəfat edib.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölüm hallarından 3-ü Nur-Sultan şəhərində, 13-ü Almatı şəhərində, 1-i Çimkənd şəhərində, 4-ü Akmolinsk vilayəntində, 6-sı Almatı vilayəntində, 10-u Atırau vilayəntində, 12-si Şərqi-Qazaxıstan vilayəntində, 1-i Jambıl vilayəntində, 3-ü Qərbi-Qazaxıstan vilayəntində, 5-i Karaqanda vilayətində, 2-si Qızılorda vilayətində, 5-i isə Pavlodar vilayətində qeydə alınıb.
Məlumata əsasən, Qazaxıstan yeni növ koronavirusdan ölənlərin sayı 1 588 nəfərə çatıb.