Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dövlət Departamenti Kiprə qarşı silah embarqosunun qismən ləğv edilməsini təsdiqləyib

Dövlət Departamenti Kiprə qarşı silah embarqosunun qismən ləğv edilməsini təsdiqləyib

Tarix: 2 Sentyabr 2020 00:08

Bakı. Trend:

ABŞ Kiprə qarşı silah embarqosunu qismən ləğv edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo və Kipr prezidenti Nikos Anastasiadis arasında baş tutan telefon danışığının yekunları üzrə ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs bildirib.

M.Ortequsun sözlərinə görə, N.Anastasiadis və M.Pompeo telefon danışığı zamanı ABŞ və Kipr arasında təhlükəsizlik sahəsində münasibətləri müzakirə ediblər.

Dövlət Departamentinin mətbuat katibi bildirib ki, dövlət katibi M.Pompeo prezident N.Anastasiadisi Kiprə qarşı silah embarqosunun qismən ləğv edilməsi haqqında qərarı barədə məlumatlandırıb.


Etiketlər:  Dövlət Departamenti Kiprə qarşı silah embarqosunun qismən ləğv edilməsini təsdiqləyib


RƏYLƏR