Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 11:16
Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - Monteneqro görüşünün baş hakimi olacaq.
FİFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən matç sabah keçiriləcək.