Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirus xəstələrinə elektron qolbaq vurula bilər - Hüquqşünas danışdı

Azərbaycanda koronavirus xəstələrinə elektron qolbaq vurula bilər - Hüquqşünas danışdı

Tarix: 2 Sentyabr 2020 14:36

Dünyanın mübarizə aparmaqda çətinlik çəkdiyi COVİD-19 epidemiyasına qarşı Azərbaycanda 6 ay ərzində müxtəlif tədbirlər görülsə də vətəndaş məsuliyyətsizliyi yoluxma sayında önəmli paya sahibdir. 

Son zamanlar paytaxtda, digər şəhər və rayonlarda testi pozitiv çıxan şəxslərin gizli şəkildə izolyasiya qaydalarını pozaraq ictimai yerlərdə aşkar edilməsi faktları durmadan artır. Koronavirus xəstələrinin bu cür məsuliyyətsiz davranışı azalmaqda olan yoluxma sayını yenidən alovlandıra bilər ki, bu da nəticədə karantin rejiminin yenidən sərtləşdirilməsi ilə nəticələnə bilər. 

Koronavirus xəstələrinə nəzarət etmək üçün qanunvercilyə müvafiq şəkildə hansı qaydalardan istifadə edilə bilər?

Ciddi problemlərə yol aça biləcək məsuliyyətsiz COVİD xəstələrinə nəzarətlə bağlı hüquqşünas Şamil Paşayev Sonxeber.net-a danışıb:

"Bu kimi halların qarşısını almaq üçün maarifləndirmə tədbirləri həyata keçirmək lazımdır. Şəxslərin virusa inanmasını təmin etmək lazımdır. Eyni zamanda şəxs özü də virus daşıyıcısının olduğunu bilirsə, maksimal şəkildə özünü qorumalıdır ki, digər şəxsləri yoluxdurmasın. Artıq burada şəxsin özünün sağlamlığından yox, digər şəxslərin də sağlamlığından söhbət gedir. Bu kimi hallar şəxslərin ölümünə də səbəb ola bilər ki, artıq ölümə səbəb olduqda Cinayət Məcəlləsinin 139-1-ci maddəsinin II bəndinə əsasən daha ağır cəza ilə (3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası) cəzalandırılır. COVİD-19 virusuna yoluxmuş şəxs müvafiq olaraq izolyasiya edilibsə, bunun yüngül, orta və ağır dərəcə olmasından asılı olmayaraq birmənalı şəkildə izolyasiya olunmuş şəraitdə qalmalıdır. Əgər izolyasiya, təcridolunma qaydalarını pozursa, onun bu hərəkəti digər şəxslərə xəstəliyi yoluxdurursa, cinayət məsuliyyətinə səbəb olur.

Bu hal daha çox insanın yoluxmasına səbəb ola bilər, kütləvi yaymanı təmin edə bilər, 100-200 nəfər bunun hərəkətindən ziyan çəkə bilər. 

Şəxslərin izolyasiya edilməsi ilə bağlı müvafiq qaydalar tərtib oluna bilər. Onlar icazə ilə evdən çıxmağı, onların hərəkət məhdudiyyətinin tətbiq edilməsi ola bilər. Konkrert olaraq bunun hansı formada keçirilməyi Operativ Qərargahın qərarında nəzərdə tutulmalıdır. Operativ Qərargahın digər qərarlarında nəzərdə tutulduğu kimi. Azərbaycanda karantin rejiminə polis nəzarət etməlidir və bunun hansı formada keçirməsini də, eyni zamanda, Operativ Qərargah və DİN qərarlarında müəyyən etməlidirlər və şəxslər daim nəzarətdə saxlanılmalıdır. Bu qurumlar bir sıra müşahidə növündən istifadə edərək nəzarət edə bilərlər. Bu, Daxili İşlər Nazirliyinin sırf öhdəliyində olan haldır ki, bunun nəzarət mexanizmini həyata keçirməlidir.

Testi pozitiv çıxan şəxsləri izolyasiya etmək üçün elektron qolbaqlardan da istifadə etməkləri mümkündür, olar. Bu, gərək müəyyən prosedur qaydasında olsun. Bunun üçün hüquqi baza olmalıdır. Bu məsələni Operativ Qərargah tənzimləməlidir. Amma bu şəxsləri izləmək, eyni zamanda, şəxslərin hərəkət dairəsini müəyyən etmək, karantin rejimi qaydalarının pozulmamasına riayət edilməsini təmin etmək birmənalı olaraq DİN-in vəzifəsidir".  

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanda koronavirus xəstələrinə elektron qolbaq vurula bilər Hüquqşünas danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ