Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 22:30
Bakı. Trend:
Ölkə vətəndaşlarının 94,6 faizi Prezidentə inanır və ona etimad göstərir. Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı tərtib olunarkən rəyi soruşulanların 24,6 faizi bu inam və etimadın son 3 ayda daha da artdığını bildiriblər. “İnam indeksi” nəşrinin üçüncü buraxılışı dövlət başçısının bu ilin ikinci rübündəki fəaliyyətinə həsr edilib. İctimai rəyin tədqiqi göstərir ki, son 5 ayda dünyada hökm sürən koronavirus pandemiyasına qarşı mübarizədə siyasi liderlik, dövlətin potensial resurs, güc və imkanlarını səfərbər etmək bacarığı, ictimai inam və etimadın qorunub saxlanması, milli birliyin təmin olunmasının başlıca şərtinə çevrilib.
Rəyi soruşulanların 70,7 faizi ölkə Prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin də çox səmərəli olduğunu düşünür. Sosial Tədqiqatlar Mərkəzi, eyni zamanda, “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda da rəy sorğusunun nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc sözügedən sorğu ətrafında fikirlərini bildirib. Z.Oruc bildirib ki, STM dövri olaraq “İnam indeksi” nəşrinin xüsusi buraxılışında ölkə başçısının fəaliyyətinin ictimai qiymətləndirilməsini həyata keçirir. Onun sözlərinə görə, Prezidentin fəaliyyəti, bütün istiqamətdə atdığı addımlar vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır: “Prezident İlham Əliyev pandemiya dövründə milli birliyi təmin etdi. Koronavirusla mübarizədə milli birlik çox önəmli idi ki, bunu təmin edə biləcək yeganə lider İlham Əliyev ola bilərdi ki, o da bunu layiqincə bacardı. Bununla yanaşı, pandemiya dövründə əhalinin sağlamlığının qorunması, virusun fəsadlarının daha geniş vüsət almaması üçün Prezidentin göstərişi ilə hökumətin atdığı addımlar göz qabağındadır. Əhalimiz bunu görür və yüksək qiymətləndirir”. Z.Oruc verilişdə, bir neçə istiqamət üzrə keçirilən sosioloji sorğunun hər detalı haqqında təhlil edib.
“Hədəf” verilişinə tam şəkildə “YouTube” kanalımızdan baxa bilərsiniz: https://www.youtube.com/watch?v=Db633D-h7qc
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi – Trend.az