Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 23:24
Bakı. Fidan Babayeva - Trend:
Bu günədək tütün istehsalçıları “Azərtütün” MMC-nin emal məntəqələrinə 4 min tondan çox tütün təhvil veriblər.
Trend bu barədə Azərbaycan Sənaye Korporasiyasına istinadən məlumat verir.
Qeyd olunub ki, bu il “Azərtütün” MMC Zaqatala, Balakən, Qax və Şəki rayonları ərazisind 1,52 min hektar sahədə “Virciniya” sortundan tütün əkib. Bu günədək bu rayonlardakı emal məntəqələrinə 4 102 ton yaşıl tütün təhvil verilib.
Məlumata əsasən, bu rayonlarda 4 emal məntəqəsi fəaliyyət göstərir və bu məntəqələrdə tütünün qurudulması üçün 262 kamera yerləşir:
“Tütün istehsalı və emalı məntəqələri Şəki rayonundakı istehsalçılardan 1,64 min ton, Balakən rayonundan 1,02 min ton, Zaqatala rayonundan 818 ton, Qax rayonundakı istehsalçılardan isə 616 ton yaşıl tütün əldə edib. Bu günədək emal məntəqələrində 399,8 ton quru tütün istehsal edilib”.